YAP Oğuz rayon Təşkilatının seçkilərə hazırlıq işləri uğurla davam edir FOTOLAR

Saleh Məhərrəmov: “Oğuz rayonunda bələdiyyə seçkilərində iştirak üçün 137 nəfər namizədliyini irəli sürüb”
YAP Oğuz rayon Təşkilatının seçkilərə hazırlıq işləri uğurla davam edir FOTOLAR

"Bu ilin dekabrın 23-ə təyin olunan bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının Oğuz rayon Təşkilatı tərəfindən nizamnaməyə uyğun olaraq uğurla davam etdirilir". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Oğuz rayon Təşkilatının sədri Saleh Məhərrəmov məlumat verib.

S.Məhərrəmov deyib ki, partiyanın ümumrespublika müşavirəsində İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyəti ilə yerinə yetirilir: "23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə respublikanın hər yerində olduğu kimi YAP Oğuz rayon Təşkilatı da ciddi hazırlıq işləri görür. Belə ki, rayon təşkilatında 11 nəfərdən ibarət seçki qərargahı yaradılaraq üzvlər arasında iş bölgüsü aparılıb. Qərargahda mütəmadi yığıncaqlar keçirilir və bələdiyyə seçkilərinin daha da mütəşəkkil keçirilməsi üçün müvafiq qərarlar qəbul edilir. Qərargah üzvləri fəaliyyət proqramına uyğun olaraq üzərilərində olan öhdəlikləri yerinə yetirirlər".

S.Məhərrəmov qeyd edib ki, Oğuz rayonunda 15 bələdiyyəyə seçki keçiriləcək: "Bunlar Oğuz şəhər bələdiyyəsi və 14 kənd bələdiyyəsidir. Bələdiyyələrə 137 nəfər namizədliyini irəli sürüb. Namizədlərin 37 nəfəri gənclərdir. Həmçinin bələdiyyə seçkilərində iştirak etmək üçün 47 nəfər qadın namizədliyini irəli sürüb. Namizədlərin sənədləri aidiyyəti üzrə 117 saylı Oğuz-Qəbələ Dairə Seçki Komissiyasına təqdim edilib".

S.Məhərrəmov əlavə edib ki, namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli nümayəndələr tərəfindən görülür: "Hazırda qeyd olmuş namizədlərin imza toplama işləri davam etdirilir. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Təbliğat kampaniyasına start verilən kimi təbliğat qrupları namizədlərin ərazilər üzrə təbliğatını keçirməyə başlayacaqlar".

YAP Oğuz rayon təşkilatının sədri qeyd edib ki, hazırda namizədlərin təbliğat plakatlarının və materialların bələdiyyələr üzrə hazırlanması işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə