Sərdar Cəlaloğlu: “Eldəniz Quliyev özünü kompensasiya etdi” AÇIQLAMA
"Düşünmürəm ki, Eldəniz Quliyevin El Hərəkatından istefası Eldar Namazovun keçmiş erməni kəşfiyatçısı, Ermənistanın keçmiş MTN naziri David Şahnazaryanla görüşü ilə bağlıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Eldəniz Quliyevin istefasını şərh edərkən deyib.
ADP sədri Eldar Namazovun erməni ilə görüşünü pisləyərək, onu da bildirib ki, Eldar Namazovu yalnız siyasi təşkilatlar deyil, ictimaiyyət də qınamalıdır: "Ancaq Eldəniz Quliyevin bu məsələ ilə bağlı istefa verməsi ehtimalına inanmıram. Burada digər məqamlar da var. Çünki Eldəniz Quliyev siyasi arenada ciddi fiqur hesab edilmir. Onun atdığı addım da ictimai rezonansa səbəb ola bilməz. El hərəkatının adı mətbuatda hallansa da, əslində formalaşmadı. Faktiki olaraq bu hərəkatın mövcudluğu elan olunduğu gündən ibarət oldu. Bunların fərqli addım atdığının şahidi olmadıq. Çox güman ki, Eldəniz Quliyev öz məlum hərəkətlərinə görə, məhkəmədən sonra özünü konpensasiya etdi".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB