Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olan Mətanət Hüseynova Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olan Müşfiq Şükürov tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB