Balakəndə namizədlərin seçimini başa çatıb

YAP rayon təşkilatı bələdiyə seçkilərinə qələbə əzmi gedir
Balakəndə namizədlərin seçimini başa çatıb

Bu ilin dekabırın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq cərcivəsində Yeni Azərbaycan Partiyası (YAP) böyük mütəşəkkillik nümayiş etdirməkdədir. Partiyanın rayon təşkilatlarında böyük qələbəlik, seçki əhval- ruhiyyəsi müşahidə olunur.

YAP-ın bütün rayon təşkilatlarında olduğu kimi Balakən rayon təşkilatıda Seçki Qanunvericiliyinə uyğun olaraq ərazi ilk təşkilatlarında seçkiyə hazırlıq tədbirlərini uğurla həyata keçirməkdədir. Bu barədə "Səs" qəzetinə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayevin verdiyi məlumata görə, bələdiyyə seçkilərinə start veriləndə rayon təşkilatı artıq namizədlərin seçimini başa çatdırmişdı. Hər bir bələdiyyəyə yaşadıqları ərazinin əhalisinin sayına görə müəyyən olunmuş normaya uyğun namizədlər rayon təşkilatının idarə heyətində keçirilən iclasında müzakirə edilmişdir: "Rayon üzrə fəaliyyət göstərəcək 20 bələdiyyə 109 saylı Balakən və 111 saylı Zaqatala –Balakən Dairə Seçki Komissiyalarının seçki məntəqələrində seçicilər tərəfindən seçiləcəkdir. Ötən seçkilərdən sonra əhali arasında siyahıların dəqiqləşdirilməsi aparılmış və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq hər məntəqədə 1500 seçici normasına müvafiq yeni seçki məntəqələri yaradılmışdır. 109 saylı Balakən Seçki Dfairəsində 6 seçki məntəqəsi, və 111 saylı Zaqatala-Balakən Seçki Məntəqəsində Balakən rayonu üzrə 2 məntəqə yaradılmışdır".

Azad Balayev onu da bildirib ki, yeni yaradılmış məntəqələrə Seçki Məcəlləsinə uyğun olaraq Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatı tərəfindən hər məntəqəyə 2 Yeni Azərbaycan Partiyasının üzvü olmaqla məntəqə komissiyalarının tərkibi formalaşdırılmışdır: "YAP- rayon təşkilatının İdarə Heyətində bələdiyyə seçkiləri ilə əlaqədar 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılmışdır. Yeni yaradılmış qərargah üzvləri arasında iş bölgüsü aparılmış və eyni zamanda onların fəaliyyəti ilə bağlı seminar müşavirədə görəcəyi işlər istiqamətlənmişdir. Beləliklə Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatı 20 bələdiyyə subyekti üzrə 199 Yeni Azərbaycan Partiyasından namizəd irəli sürmüşdür. Namizədlər partiyanın Mərkəzi Aparatında baxılaraq təsdiq olunmuşdur. Hal-hazırda namizədlər Seçki Məcəlləsinə uyğun toplamış sənədlərini Dairə Seçki komissiyalarına təqdim etmişlər. Yaxın günlərdə namizədlərin müdafiəsi üçün imza toplama kompaniyası başa çatdırılacaqdır. Seçki Məcəlləsinə uyğun olaraq Balakən rayon təşkilatı təbliğat kompaniyasına başlamaq üçün təşviqat materiallarının hazırlanmasına diqqət yetirir. Belə ki, hər bələdiyyə üzrə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş namizədlərin təşviqat plakatları hazırlanır ".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə