Mirhəsən Seyidov: “Biz gənclərin üzərinə çox böyük məsuliyyət qoyulur” AÇIQLAMA

Mirhəsən Seyidov: “Biz gənclərin üzərinə çox böyük məsuliyyət qoyulur” AÇIQLAMA

"Ümumiyyətlə bu gün Azərbaycanda gənclər siyasəti ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı nəticəsində ölkəmizin gənclər siyasəti dövlətlər, eləcə də bütün ölkələrin münasibətləri arasında və s. nümunə rolunu oynayır". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumunda gənclərə yönəlik çıxışına münasibət bildirərkən deyib.

"İrəli" İctimai Birliyinin sədri hesab edir ki, bu gün ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən və onun işlənmə mexanizmlərindən, modullarından bütün yerdə qalan digər dövlətlər də məharətlə istifadə edə bilərlər: "Bu gün həqiqətən də çox təqdirəlayiq haldır ki, Azərbaycanda gənclər siyasətinin uğurlu nəticəsi olaraq biz ilk 30 dövlət arasındayıq. Təbii ki, bu, biz gənclərin üzərinə çox böyük məsuliyyət qoyur. İstər yerli, istər beynəlxalq, istərsə də digər platformalarda Azərbaycan gəncliyinin beynəlxalq iştirakçılığının təmin olunması birbaşa olaraq dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir".

Qeyd edək ki, Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumunda Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışı zamanı bildirmişdi: "Ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə