Bu gün MSK-nın növbəti iclası keçirilib

Bu gün MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda MSK-nın 31 oktyabr tarixli iclas protokolu təsdiqlənib.

MSK katibi Arifə Muxtarova dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə məlumat verib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq artıq yekun protokollarının nümunələrinin formaları müəyyən edilib. Karbonlaşdırılmış kağızdan buklet formasında bələdiyyə və məntəqə seçki komissiyalarının sayına uyğun olaraq yekun protokolları hazırlanıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

MSK-nın iclasında bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri də qeydə alınıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər təsdiqlənib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə