Şeyxülislam: “Bu məsələ əsas müzakirə predmeti olacaq” AÇIQLAMA

Şeyxülislam: “Bu məsələ əsas müzakirə predmeti olacaq” AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində aparılan danışıqlara münasibət bildirib. SİA-nın məlumatına görə, Şeyx qeyd edib ki, bu məsələ daha çox hüquq müdafiə orqanlarının işi olduğundan, o, sadəcə kiməsə öz təkilifini verə bilər: "Bu günlərdə Moskvada Rusiyanın patriarxı ilə görüşümüzdə sözügedən məsələ müzakirə olunub. Əgər gələcək günlərdə erməni katolikosu II Qareginlə görüş baş tutsa, hökmən bu məsələ əsas müzakirə predmeti olacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə