"Bir az gözləyək. Yəqin ki, hansısa formada AXCP-dən cavab gələcək". Bu fikirləri SİA-ya Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli Arif Hacılının "AXCP ilə müttəfiqlik etməyə məcburuq" ifadəsinə AXCP-dən reaksiya verilməməsinə münasibət billdirərkən deyib. Mustafa Hacıbəyli qeyd edib ki, bir il əvvəl müttəfiqliklə əlaqədar bütün siyasi partiyalara müraciət ediblər: "O cümlədən də, AXCP-yə. O zaman da bunlar bizə cavab verməmişdi".
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılının AXCP ilə müttəfiqliyə getməsi barədə önə sürdüyü fikirlərinə qarşı tərəfdən rəsmi cavab verilməsə də, AXCP-nin sədr müavini Gözəl Bayramlı bu təklif barədə fikir bildirmək istəmədiyini açıqlayıb. O, bununla bağlı bildirib ki, nə müsavatdaxili məsələlər, nə də Müsavat Partiyasının rəhbərliyi tərəfindən irəli sürülən fikirlər şəxsən onun üçün maraq kəsb etmir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB