Niyaməddin Orduxanlı: “Əli Kərimli Milli Şuranın müdiri, Cəmil Həsənli isə şöbə müdiridir” AÇIQLAMA
"Cəmil Həsənli Əli Kərimlinin işçisi kimi fəaliyyət göstərir və birbaşa onun tapşırıqlarını yerinə yetirir. Bu fəaliyyət açıq şəkildə görünür". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlinin xarici səfərlərə getməsinə münasibət bildirərkən deyib.
BAXCP sədrinin müavini deyib ki, əslində Milli Şuranın müdiri Əli Kərimli, şöbə müdiri isə Cəmil Həsənlidir: "Cəmil Həsənli sanki Əli Kərimlinin şöbə müdiridir. Cəmil Həsənlinin xaricə səfər etməsinə səbəb qərbyönümlü beynəlxalq təşkilatlarla əlaqə yaratmaqdır. Cəmil Həsənli vasitəsilə Əli Kərimli bu təşkilatlarla əlaqə saxlamağa cəhd edir. Ancaq unudur ki, Cəmil Həsənlinin formal olaraq rəhbərlik etdiyi Milli Şuranı Rusiya yaradıb. Xarici təşkilatlar çox yaxşı bilir ki, bu təşkilatı Rüstəm İbrahimbəyova Rusiya yaratmışdı. İndi bu adamlar özlərini təzədən "qərb yönümlü siyasətçi" kimi göstərmək istəyirlər. Əsas məqsəd budur. Xarici təşkilatlarla əlaqə yaradıb, həm də maliyyə imkanlarını yüksəltmək istəyirlər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB