“O hələ SSRİ-də qalıb” Deputatdan SSRİ-nin eks baş nazirinə ETİRAZ

“O hələ SSRİ-də qalıb” Deputatdan SSRİ-nin eks baş nazirinə ETİRAZ

"Nikolay Rıjkov kimi adamlar hələ SSRİ rəhbərliyində vəzifədə olarkən həyata keçirdikləri əməllərə görə cavab verməlidirlər. Elə Rıjkov kimilərinin qəbul etdikləri siyasi qəraralara görə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox insanlar əzab çəkməli olub". SİA-nın xəbərinə görə, bu sözləri mediaya açıqlamasında Milli Məclisin deputatı, Avronest Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov SSRİ-nin keçmiş baş naziri, Rusiya Dövlət Dumasının erməni-Rusiya parlamentlərarası komissiyanın həmsədri Nikolay Rıjkovun İrəvanda Dağlıq Qarabağın Avrasiya Birliyinə daxil olmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

"Nikolay Rıjkov hələ elə fikirləşir ki, SSRİ-də yaşayır. Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil"- deyə, deputat vurğulayıb.

F. Muradovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə bir mövqeyi təəssüf doğurur: "Rıjkov anlamlıdır ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub və belə də olacaq. Dağlıq Qarabağın heç vaxt hər hansı ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz".

Qeyd edək ki, Ermənistanda olan N.Rıjkov İrəvanda keçirdiyi brifinqdə "biz Dağlıq Qarabağı Avrasiya Birliyi tərkibində görməyə şad olardıq" fikrini səslənidirib.

Bütün xəbərlər Facebook səhifəmizdə