Ölkə başçısı: "Ermənistanın işğalçılıq siyasətindən gənclərimiz də ziyan çəkib"
"Gənclərimiz bu gün sərhədlərimizi, həmçinin torpaqlarımızı işğalçılardan qoruyurlar. Ermənistanın işğalçılıq siyasətindən gənclərimiz də ziyan çəkib". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.
"Dağlıq Qarabağ Azərbaycanın qədim tarixi torpağıdır. Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda ermənilər soyqırımı törədib, 600 nəfər qətlə yetirilib. Onlar arasında qadınlar, yaşlılar və uşaqlar da qətlə yetirilib"- deyə, dövlət başçısı vurğulayıb.
Çıxışı zamanı Azərbaycan torpaqlarının işğaldan azad elilməsi barədə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyini xatırladan dövləti başçısı bildirib ki, bəzən Təhlükəsizlik Şurasının qətnaməsi 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır: "Amma biz səbr etməli və bu məsələlərdə dözümlülük nümayiş etdirməliyik. Əminəm ki, torpaqlarımızı işğaldan azad edəcək, ərazi bütövlüyümüzü yenidən təmin edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB