Paris mətbuatı prezidentlərin görüşündən yazdı

Paris mətbuatı prezidentlərin görüşündən yazdı

Parisdə gündəlik nəşr olunan nüfuzlu "Le Fiqaro" qazetinin 27 oktyabr nömrəsində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Yeliseydə təqdim olunur" sərlövhəli məqalə dərc olunub. SİA-nın xəbərinə görə, məqalədə, Prezident Fransua Ollandın cari ilin may ayında Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Ermənistan və Azərbaycan prezidentlərini Parisdə görüşə dəvət etdiyi xatırlanır.
Müəllif Reji Jente yay ayından Dağlıq Qarabağ regionu ətrafında vəziyyətin daha da gərginləşdiyi vaxtda prezidentlərin masa arxasında danışıqlar aparmalarının vacibliyin diqqətə çatdırıb. Yazıda Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində 30 mindən artıq insanın öldüyünü xüsusi vurğulanıb. Müəllif qeyd edib ki, Sovetlər dövründə Ermənistanın birbaşa hərbi müdaxiləsi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu sepatistlər tərəfindən işğal olunub. Ermənistan rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində işğal olunan Azərbaycanın əzəl torpaqlarında yalnız ermənilər yaşayır və onların elan etdikləri qondarma "respublika" heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmır.
Məqalədə Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın sözlərinə isitnadən Azərbaycan ordusunun regionda ən güclü orduya çevrildiyi vüsusi vurğulanıb.
Sonda Tomas de Vaalın fikirlərinə istinadən bildirilir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşləri Fransanın həmsədr ölkə kimi mövqelərinin gücləndirilməsinə xidmət edir. (AzərTAc)

Bütün xəbərlər Facebook səhifəmizdə