Fransa və Azərbaycan prezidentləri görüşüb YENİLƏNİB

Fransa və Azərbaycan prezidentləri görüşüb YENİLƏNİB

Oktyabrın 27-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub. SİA-nın xəbərinə görə, sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. "Cənub" dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilib sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb. (AzərTAc)

Bütün xəbərlər Facebook səhifəmizdə