Səxavət Əlisoy: “Cavab bizi qane etməsə, ciddi addımlar atacağıq” HƏDƏ
"Müsavat Partiyasının qurultayında və ondan öncə baş vermiş saxtakarlıqların obyektiv araşdırılmasını gözləyirik, bunu tələb kimi də irəli sürmüşük". Bunu SİA-ya açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, partiya rəhbərliyində təmsil olunan şəxslər bu saxtakarlıqları ört-basdır etmək istəyirlər: "Biz buna imkan verməyəcəyik. Artıq, baş verən saxtakarlıqların araşdırılması üçün partiyanın rəhbərliyini zəbt etmiş insanlara müraciət də olunub. Bu, rəsmi şəkildə də həll olunub. Bizdən imza və digər lazımsız sənədlər istədilər. Biz bunları da təqdim etdik".
S.Əlisoy deyib ki, müraciətimizə bir ay müddətində cavab verilməlidir: "Noyabr ayının 10-na qədər cavabı gözləyəcəyik. Cavab bizi qane etməsə, o zaman daha ciddi addımlar atacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB