Əli Orucov: "Bu kimi mitinqlərin təşkil olunması düzgün deyil" AÇIQLAMA

Əli Orucov: "Bu kimi mitinqlərin təşkil olunması düzgün deyil" AÇIQLAMA

"Düşünürəm ki, Müsavat Partiyasının başqanı Arif Hacılının müxalifətə birgə mitinq keçirməyi təklif etməsi partiyanın parçalanmadan, qarşıdurmalardan pərdələməyə hesablanıb". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

AMİP rəsmisi mitinqlərin keçirilməsini məqbul hesab etmədiyini dilə gətirib: "Bu kimi mitinqlərin təşkil olunması düzgün deyil. Məhz ona görə də AMİP həmin tədbirlərdə iştirakdan kənarda qalıb. Bu gün bizim üçün vacib olan əsas məsələ bələdiyyə seçkilərinə daha güclü hazırlaşmaq və buradan uğurlu nəticə əldə etməkdir. Bizim əsas diqqət mərkəzimiz bundan ibarətdir. Düşünürəm ki, onların bu mitinqi indiyədək keçirdikləri mitinqdən heç nə ilə fərqlənməyəcək. Bu gün Azərbaycan müxalifəti, xüsusilə də Müsavat Partiyasının başqanı Arif Hacılının dəstəsi bu kimi mitinqlərlə gündəmdə qalmaq istəyirlər. Heç kimə sirr deyil ki, onlar 2-3 min insanı aksiyaya dəvət edə bilmirlər. Ona görə də hesab edirəm ki, bu kimi mitinqlər keçirilməsinin heç bir əhəmiyyəti yoxdur",

Bütün xəbərlər Facebook səhifəmizdə