Hafiz Hacıyev: “Yaxın günlərdə mübarizəyə start verəcəyik”

Hafiz Hacıyev: “Yaxın günlərdə mübarizəyə start verəcəyik”

" "Milli Şura"nın yenidən mitinq keçirmək fikrinə düşməsi Əli Kərimlinin xaricə göndərdiyi Cəmil Həsənlinin ermənilərdən aldığı pulların qarşılığını vermək məqsədi daşıyır". Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Məmmədov "Milli Şura"nın yenidən aksiya keçirəcəyinə dair yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli xaricdən aldığı pulların 30 faizini mitinqlərə xərcləyir, qalanını isə özü yeyir: "Bunlara ən çox pulu Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan erməni diasporası verir. Erməniləri xaricdə müdafiə edən qüvvələr çalışırlar ki, Azərbaycanda qarışıqlıq yaratsınlar. İsa Qəmbər və Əli Kərimli xarici havadarlarına söz veriblər ki, onları hakimiyyətə gətirsələr, Dağlıq Qarabağı ermənilərə verəcəklər. Yəni, bunlar Dağlıq Qarabağı Ermənistana təmənnasız vermək fikrindədirlər. Ona görə bu istiqamətdə də ciddi işlər görürlər".

H. Hacıyev vurğulayıb ki, xaricdən pul alıb ölkədə qarışıqlıq yaratmaq satqınlıqdır: "Azərbaycan xalqı ayağa qalxıb belə satqınları süpürüb bayıra atmalıdır. Azərbaycan xalqı bu satqınlara yox demək üçün özündə iradə tapmalıdır və bilməlidir ki, Əli Kərimli kimi azlıqların nümayəndəsinin Azərbaycanda yeri yoxdur. Bu satqınlarla mübarizə missiyasını öz üzərimizə götürmüşük və onlarla ölüm-dirim mübarizəsini axıra qədər aparacağıq".

Partiya sədri deyib ki, "Milli Şura"da təmsil olunan satqınların qarşısını almaq üçün bir neçə gün ərzində tədbirlər görüləcək: "Azərbaycanda olan xarici kəşfiyyat nümayəndələrinin tam fəallaşması üçün tapşırıq verilib. Biz bu prosesi izləyirik. Yaxın günlərdə mübarizəyə start verəcəyik və 10 gün ərzində bunun nəticəsini görəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə