Araz Əlizadə: “Əbülfəz Elçibəy özü o zaman demişdi ki, bu qədər qoyunun bir çobanı olmalıdır” MÜNASİBƏT
"Cəmiyyət hər bir prosesi izləyir bütün məsələlərə adekvat yanaşır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) baş qaldıran istefalara və istefa verən tərəflərin partiya sədri Əli Kərimlini ittiham etmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bir zamanlar Xalq Cəbhəsində olanların əksəriyyəti nəhayət başa düşdülər ki, həyatlarını puç edirlər: "Kabab iyinə gəlmişdilər, ac qaldılar. Əbülfəz Elçibəy özü o zaman demişdi ki, bu qədər qoyunun bir çobanı olmalıdır".
Xatırladaq ki, son günlər AXCP sıralarından istefa verən cəbhəçilər Əli Kərimlinin partiyanı despot idarəçilik vasitəsilə saxladığını etiraf ediblər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB