Baş redaktor: “Jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait mühacirətə əsas vermir”
"Xüsusilə son beş ildə Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün yaradılan şəraiti mühacirət üçün əsas verdiyini düşünmürəm. Əksinə fəaliyyət üçün daha geniş meydan verir". Bu fikirləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Azadlıq" radiosunun iki əməkdaşının Avropaya mühacirət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onların mühacirət yolu seçmək istədiklərinə dair tutarlı bir səbəb göstərmədiklərini qeyd edən baş redaktor deyib ki, xarici radio stansiyaların Azərbaycanda fəaliyyəti üçün dözülməz bir mühit və insanları mühacirətə vadar edəcək bir səbəbin olması fikri ilə razılaşa bilməz: "Çünki müəyyən bir müddət "Azadlıq" radiosu, "Amerikanın səsi" ilə bağlı müəyyən hüquq prosedurların yenidən nəzərdən keçirilməsi zərurəti ortada olsa da orada fəaliyyət göstərən jurnalistlərlə bağlı elə bir fövqəladə fakt qeydə alınmayıb. Ona görə də xarici radio stansiyalarda çalışan jurnalistlərin mühacirətə getmək zərurəti görməsi çox mübahisəli və təəccüblüdür".
Qeyd edək ki, bu gün mətbuatda "Azadlıq" radiosunun Bakı bürosunun iki əməkdaşının Avropaya mühacirət etdiklərinə dair xəbər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB