"Düşünürəm ki, qardaşlıq sözdə deyil, əməldə olmalıdır" MÜASHİBƏ

"Düşünürəm ki, qardaşlıq sözdə deyil, əməldə olmalıdır" MÜASHİBƏ

Qars bələdiyyəsinin sədri Mürtəza Qaraçantanın SƏS TV-yə müsahibəsi:

- Ümumiyyətlə, Azərbaycan-Qars əlaqələrinin bu günkü inkişafı ilə bağlı nələri söyləmək olar?

- Təbii ki, uzun illərdən bəri Azərbaycan-Türkiyə əlaqələri çox yüksək səviyyədə inkişaf edib. Biz bu inkişafda olan əlaqələri daha da yüksəltməyi qarşımıza məqsəd qoymuşuq. Hesab edirəm ki, ikitərəfli əlaqələr inkişaf edərsə, həm ticarət, həm də mədəniyyət sahəsində uğurlu nəticələr əldə oluna bilər. Qars Azərbaycan-Türkiyə arasında körpü rolunu oynayır. Hesab edirəm ki, Qars var olması gərək olan bir yerdir.

- Sizcə, Bakı-Tbilisi-Qars dəmir yol xətti hazır vəziyyətə gətirildikdən sonra bu, Bakı ilə Qars arasında nə kimi mühüm əhəmiyyətə malik olacaq?

- Ümumiyyətlə, Qars İpək Yolu üzərində yerləşir. Beləcə, hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yol xətti layihəsi hazır vəziyyətə gətirildikdən sonra bu, İpək Yolu ilə birlikdə ticarət mərkəzinin yüksəlməsinə və artmasına səbəb olacaq. Bu həm də yeni iş yerlərinin açılması deməkdir. Bakı-Tbilisi-Qars dəmir yol xətti layihəsi bitdikdən sonra 15-20 min insan yeni iş yerləri ilə təmin olacaq. Bu böyük bir uğur və göstəricidir. Həmçinin bu layihə sona çatdıqdan sonra dəmir yol xətti ilə dünyaya çıxış imkanları əldə olunacaq. Bu mənada hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yol xətti layihəsi çox önəmlidir.

- Yaxın gələcəkdə Qars bələdiyyəsinin sədri olaraq, Azərbaycanda olan bələdiyyələrlə nə kimi əməkdaşlıq planları reallaşdırmaq istəyirsiniz?

- Bizim Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri ilə qardaşlığımız mövcuddur. Hətta bununla bağlı protokol da imzalanıb. Biz bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Gəncə və Mingəçevir şəhər İcra hakimiyyəti başçılarını və nümayəndə heyətini Qarsa dəvət edəcəyik və onlara buranı tanıtmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Düşünürəm ki, qardaşlıq gərək sözdə olmasın, əməldə olsun.

- Son olaraq biz Qarsı dağlar qoynunda şəhər olaraq görürük, bəs siz Bakını necə görürsünüz?

- Hesab edirəm ki, Qarsın özəlliyi elə dağlar qoynunda yerləşməsidir. Düşünürəm ki, iqlimi sərt bir bölgənin insanı da mərd our. Beləcə, həmin sərtliyin altında çox bir çox gözəlliklər gizlənir. Biz eyni şeyi Bakıda görürük. Qarsla Bakı eyni coğrafiyaya malikdir və biz onları ayrı görmürük.

Bütün xəbərlər Facebook səhifəmizdə