"Şəxsən mən Şakir Abbasovu çoxdan tanıyanlardan biriyəm. O, xalq hərəkatı dövründən başlayaraq, mübarizənin daim önündə gedən insanlardan biridir. Hələ 2003-cü ilin 15-16 oktyabr hadisələri dövründə Şakir bəy Müsavat Partiyasının üzvü idi". Bu sözləri SİA-ya Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli AXCP-dən istefa verərək, Müsavata keçə biləcəyi ehtimalını irəli sürən keçmiş cəbhəçi, Əli Kərimlinin müşaviri Şakir Abbasovun fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Şakir Abbasovun AXCP-dən istefa verdikdən sonra Müsavata üzv yazılma ehtimalı tamamilə individual məsələdir: "Müsavat Partiyası heç bir partiyaya qarşı düşmənçilik mövqeyi sərgiləmir. Çünki digərlərindən fərqli olaraq, biz hər hansı bir partiyaya qarşı deyilik. Yaxud da hər hansı bir partiyanı parçalamaq niyyətimiz yoxdur. O cümlədən, partiyalardan Müsavata transferlər etmək niyyətimiz də yoxdur".
Müsavat rəsmisi Şakir Abbasovun partiya rəhbərliyinə rəsmi müraciət etmədiyini də bildirib: "Səhv etmirəmsə, Şakir bəy Müsavata üzv olmaq üçün rəsmi müraciət də etməyib. Əgər bunu ehtimal edirsə, bu da onun öz şəxsi seçimidir. Yəni demək istədiyim budur ki, ictimai rəydə Müsavat Partiyasının kimlərisə özünə transfer etməsi fikri formalaşmamalıdır. Çünki biz dəfələrlə müxalifətdə olan digər partiyalarla müttəfiqlik etmək təkliflərimizi ortaya qoymuşuq və belə bir təklifi rəsmən AXCP-yə də etmişdik".
Xatırladaq ki, AXCP sədrinin müşaviri Şakir Abbasov təmsil olunduğu partiyadan istefa vermək səbəblərini adıçəkilən təşkilatın rəhbərliyi ilə əlaqələndirib. O, Əli Kərimlini despotçuluqda və avtoritar idarəçilikdə ittiham edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB