Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq 13 oktyabr 2014-cü il tarixli iclasın protokolu təsdiqlənib. Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb.
İclasda cari məsələlər də müzakirə olunub.
MKS sədri Məzahir Pənahov bildirib ki, 22, 23, 24 oktyabrda bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. M.Pənahov hər bir DSK üzvünün seminarlarda fəal iştirak etməyin vacibliyini də vurğulayıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB