"Kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə Müsavat Partiyasının başqanını açıq şəkildə istefaya çağıranlar, tənqid edənlər var. Bu kimi tendensiyalar onu göstərir ki, Müsavat həm tənqidə, həm tərifə açıq olan siyasi partiyadır". Bunu SİA-ya Müsavat Partiyasının funksioneri Tural Abbaslı partiyadaxili münasibətlərin gərginləşməsinə fikir bildirərkən deyib.
Onun sözlərinə görə, başqan seçimində razı tərəflərlə yanaşı, narazı tərəflər də var: "Partiya başqanının müsavatçıları çağırışa səsləməsi müsbət haldır. O, Partiyadaxili birlik yaratmaq üçün bu addımı atmağa borcludur. Çünki başqan onu sevənin də, sevməyənlərin də başqanıdır. Arif bəyin çağırışını bu vəzifənin tərkib hissəsi kimi qiymətləndirirəm. Seçkilər oldu bitti, indi isə partiyanın birliyini qoruyaraq ümumi məsələlər uğrunda mübarizə aparmağın vaxtıdır. Bunu qəbul etməmələri isə narazı tərəflərin öz işləridir".
Müsavat funksioneri bütün hallarda partiyanın nizamnaməsinin pozulmamalı olduğunu deyib: "Söylədikləri hər bir fikir, atdıqları addımlar partiyanın nizamnaməsi çərçivəsində olmalıdır. Qubad İbadoğlunun Arif Hacılının çağırışını rədd etməsində yəqin özünün arqumentləri var. Bütün bunlara baxmayaraq, Arif bəy sona qədər cəhd etməlidir ki, Müsavatın bütövlüyünü qoruyub saxlamaq üçün narazıların maraqlarını təmin etsin".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB