“18 oktyabr Azərbaycanın tarixində müstəsna yer tutur” MÜNASİBƏT
"18 oktyabr Azərbaycanın müasir tarixində müstəsna yerə malikdir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
"Bu tarixdə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi oldu. Üç rəngli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin iclasında qəbul edildi. Həmin məclisin qərarı ilə Azərbaycan SSRİ Ali Sovetinə müraciət edildi ki, Azərbaycan bayrağı və digər rəmzlər qəbul edilsin. İlk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı qərar Naxçıvanı müasir müstəqil Azərbaycan dövlətçiliyini onurğa sütununa çevirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB