IV Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı Qərbi Avropa məruzəçilərinin təşəkkür məktubu
Qərbi Avropadan IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gələn məruzəçilər və qonaqlar Forumun təşkilatçılıq məsələlərinə və aktual mövzuların müzakirəyə çıxarılmasına görə Forumun təşkilat komitəsinə təşəkkür məktubu ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, məktubda deyilir: "İlk növbədə sizə, Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumun "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" bölməsinin "Sivilizasiyalararası dialoq: "Nibelunqlar haqqında nəğmə" və "Kitabi-Dədə Qorqud" eposlarının müqayisəli tədqiqi" panelində iştirak edən, bütün Qərbdən gələn məruzəçilər adından göstərdiyiniz yüksək qonaqpərvərliyə və yaxından dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Bizim iştirak etdiyimiz bölmənin) iştirakçılarının böyük əksəriyyətini "Fairmont" oteli kimi gözəl oteldə yerləşdirməyiniz bizim üçün həqiqətən böyük bir fəxredici hiss oldu. Biz hamımız təşkilat komitəsinə bizə göstərdiyiniz hörmətə, verdiyiniz dəyərə və qonaqpərvərliyə görə səmimi qəlbdən təşəkkür edirik.
Azərbaycanın ev sahibi kimi gələn qonaqlara göstərdiyi mehriban qarşılama, təsəvvür edilə bilməyəcək dərəcədə yüksək dərəcəli qonaqpərvərlik bizə unudulmaz, möhtəşəm hisslər bəxş etdi. Bizim Forum iştirakçılarının indiyədək o qədər də yaxşı tanımadığı Qafqaz ölkəsini bölgənin aparıcı, iqtisadi cəhətdən inkişaf edən qüvvəsi və eyni zamanda Şərq və Qərb arasında ən vacib vasitəçilərdən biri kimi tanıdılar. Hamı hər şeydən yüksək dərəcədə razı qaldı. Bir daha təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm. Siz bu dəfə də Azərbaycan üçün çoxlu yeni dostlar qazandınız və bir alman vətəndaşı olaraq mən bunu ən vacib mənəvi məqsədlərdən biri hesab edirəm. Yalnız bu halda biz əməkdaşlığımızı gələcəkdə də gücləndirməkdən ötrü birgə proyektlər həyata keçirilməsinə nail ola bilərik. Bir daha sizlərə təşəkkürümü bildirirəm və xoş arzularımı, eləcə də səmimi salamlarımı göndərirəm".
Qeyd edək ki, məktubu Almaniyada fəaliyyət göstərən "Oswald von Wolkenstein" Cəmiyyətinin birinci Prezidenti Prof. Dr. Sieglinde Hartmann imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB