Nazirlik bələdiyyələrlə bağlı 3 qanun layihəsi hazırlayıb

Nazirlik bələdiyyələrlə bağlı 3 qanun layihəsi hazırlayıb

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində bələdiyyələrlə bağlı 3 mühüm qanun layihəsi hazırlanıb. SİA-nın xəbərinə görə, bu barədə dliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Bələdiyyələrin fəaliyyət keyfiyyətinin bələdiyyə üzvlərinin yenidən seçilməsinə təsiri" mövzusunda çıxış edərkən məlumat verib.

Qanun layihələrinin hələ ki, Milli Məclisə təqdim edilmədiyini deyən F. Məmmədov vurğulayıb ki, layihələr müvafiq qurumlarda ekspertizadan keçib.

F.Məmmədov həmçinin bildirib ki, 2013-cü ildə 60 mindən çox bələdiyyə aktı Ədliyyə Nazirliyində ekspertizadan keçib. Onlardan 1500-ə yaxınının ləğv edilməsi və ya dəyişdirilməsi təmin edilib: "Ötən il 23 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən onlarla bağlı sənədlər prokurorluq orqanlarına göndərilib. Onların bəziləri haqqında cinayət işi başlanıb, bəzi bələdiyyə sədləri cinayət məsuliyyətinə cəlb ediliblər. Son 5 ildə bələdiyyə üzvləri üçün 400-dən çox maarifləndirmə tədbirlərinin təşkil edildiyini də əlavə edib".

Bütün xəbərlər Facebook səhifəmizdə