Rauf Əliyev: "Təcrübəsizlik, səriştəsizlik və xəyanət AXC-Müsavat iqtidarının da sonunu tezləşdirirdi” MÜNASİBƏT

Rauf Əliyev: "Təcrübəsizlik, səriştəsizlik və xəyanət AXC-Müsavat iqtidarının da sonunu tezləşdirirdi” MÜNASİBƏT

"YAP-ın yaradılması ilk öncə zamanın tələbi idi. Hər birimiz yaxşı xatırlayırıq ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra böyük sınaqlarla qarşı-qarşıya qalmışdı. Həmin dövrdə hakimiyyətdə olan xalqdan uzaq düşmüş, bacarıqsız insanlar müstəqilliyi qoruyub saxlamaq iqtidarında deyildilər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev 1992-cilin 16 oktyabrında bir qrup ziyalının Ulu Öndər Heydər Əliyevə tarixi müraciətini şərh edərkən deyib.

Onun sözlərinə görə, cəbhədəki hərbi uğursuzluqlar cəmiyyətdə kəskin etirazlara səbəb olur, qaçqın və məcburi köçkünlərin sayının durmadan artması yeni-yeni problemlərin ortaya çıxmasına rəvac verirdi: "Təcrübəsizlik, səriştəsizlik və xəyanət AXC-Müsavat iqtidarının da sonunu tezləşdirirdi. Ölkədə xaos, anarxiya hökm sürür, xarici maraqlı dairələrin daxildəki şərəfsiz xəyanətkarlarla işbirliyi nəticəsində dağıdıcı-separatçılıq hərəkətlər təhlükəli həddə çatırdı: "Bütün bunlarla yanaşı, sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşması nəticəsində insanların gələcəyə inamı itmək üzrə idi. Məhz belə bir şəraitdə - 1992-ci ilin oktyabrında cəmiyyətimizin parlaq simaları, ziyalılar, ictimaiyyət arasında böyük hörmətə malik olan insanlar - 91-lər Yeni Azərbaycan Partiyası kimi problemləri həll edəcək, xalqa, millətə, dövlətə dəstək olacaq bir siyasi qurumun yaradılması üçün o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyevə müraciət ünvanladılar. Onlar bu müraciəti ünvanlayarkən inanırdılar ki, Vətənini canı qədər sevən Ulu Öndər bu çağrışa biganə qalmayacaq, çox ağır vəziyyətə düşən Azərbaycanın fəlakətlərdən xilası üçün əlindən gələni əsirgəməyəcək. Ulu Öndər Heydər Əliyevin müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğan addım kimi dəyərləndirildi, belə partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyi bildirildi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndər Heydər Əliyev YAP-ı yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, parçalanmasının qarşısını almaq, dövlətimizi yaşatmaq və daha da möhkəmlətmək. Bu şərəfli missiyanı həyata keçirən Ümummilli Liderimiz ölkəmizin siyasi tarix səhnəsindən silinməsinin qarşısını alıb, dövlət müstəqilliyini daimi və əbədi edib. Müasir, müstəqil Azərbaycan və ümumxalq partiyasına çevrilən YAP Ulu Öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə