Tahir Süleymanov: "91-lərin müraciəti əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi" MÜNASİBƏT
"Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyəti heç zaman unudulmayacaq. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövrü". Bu fikirləri SİA-ya millət vəkili Tahir Süleymanov 1992-cilin 16 oktyabrında bir qrup ziyalının Heydər Əliyevə tarixi müraciətini şərh edərkən deyib.
O bildirib ki, 1992-ci ildə hökm sürən ağır vəziyyət nəticəsində ölkə siyasi və iqtisadi böhran keçirirdi: "Məhz belə bir vaxtda 1992-ci il oktyabrın 16-da 91 ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin ziyalıların müraciətinə cavabının "Səs" qəzetində dərc edilməsi, doğurdan bu qəzetin tarixində ən mühüm hadisələrdə biri kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, bir qrup ziyalılarımızın bu addımı cəsarətli, xalqımızın, dövlətimizin xilası üçün atılmış addım olmaqla, Azərbaycan tarixində əhəmiyyətli rola malik oldu. Beləliklə də, vətənpərvər Azərbaycan ziyalılarının "Səs" qəzetinin 16 oktyabr 1992-ci il tarixli nömrəsində çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Həmin ziyalıların bu tarixi müraciəti əslində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın göz önündə dağılmasına dözməyən Ulu Öndər Heydər Əliyev dühası vətənin dar günündə xalqın imdad, kömək səsinə səs verdi. 24 oktyabrda mətbuatda Dahi Lider Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan "Yeni, Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olundu. 5 noyabrda respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Böyük Şəxsiyyət Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi".
Tahir Süleymanov onu da qeyd edib ki bu gün də həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir: "Ulu Öndər Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Xalq Ulu Öndərimizin uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB