Məlum olduğu kimi oktyabrın 27-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Nəzərdə tutulan görüş ərəfəsi Fransanın Burk-Le-Valansa şəhər meri Marlen Muryerin işğal altında olan Dağlıq Qarabağa səfər etdib. Eksperlər bunu Fransanın münaqişənin həllinə ikili yanaşdığının göstəricisi kimi dəyərləndirilir. SİA-ya mövzu ilə bağlı açıqlama verən siyasi şərhçilər də Marlen Muryerinin işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsini onun erməni lobbisinin təsiri altında olması ilə əlaqələndirdilər.
Politoloq Elçin Mirzəbəyli:
- Fransa senatının nümayəndələrinin Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qeyri-qanunidir. Bu müstəqil dövlətin ərazisinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, separatçı rejim ilə qeyri-qanuni əlaqələr deməkdir. Bütün bunlardan sonra təbii ki, Fransanin vasitəçilik missiyasının üzərində kifayət qədər ciddi şübhələr yaranır. Onsuz da Fransanın bu günə qədər yürütdüyü siyasət və erməni diasporunun təsiri altında Fransa siyasətçilərinin atdığı addımlar prinsip etibarı ilə Fransanın vasitəçilik missiyasını onsuzda şübhə altına alırdı. Bu kimi davranışlar şübəsiz ki, prinsip etibarı ilə Fransanın bir vasitəçi kimi netirallığının kölgə altına qoyur. Ona görə də, hesab edirəm ki, qeyri-qanuni əməllərin qarşısının alınması ilk növbədə Fransa üçün nüfuz məsələsinə çevrilməlidir.
Politoloq Elşad Mirbəşiroğlu:
- Fransa prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsi Fransanın şəhər meri Marlen Muryerinin Dağlıq Qarabağa səfər etməsi neqativ hal kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan ərazilərinə rəsmi şəxsin Azərbaycanın icazəsi olmadan səfər etməsi ikili standartların olmasından xəbər verir. Ümumiyyətlə, Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşü nəzərdə tutulmamış olsaydı belə Azərbaycan ərazilərinə edilən bütün səfərlər Azərbaycanın icazəsi əsasında aparılmaldır. Bu baxımdan, M.Muryerinin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi Fransanın bu məsələyə ikili yanaşmasına dəlalət edir. Onsuzda Ermənistan əvvəl axır işğal altında olan torpaqları azad etməyə məcbur olacaqdır. Çünki o torpaqlar Azərbaycana aiddir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB