Tamerlan Vahabov: “İŞİD-ə qarşı dünya dövlətləri birgə mübarizə aparmalıdır” AÇIQLAMA

Tamerlan Vahabov: “İŞİD-ə qarşı dünya dövlətləri birgə mübarizə aparmalıdır” AÇIQLAMA

"Hesab edirəm ki, ABŞ və digər dövlətlərin İŞİD kimi terror təşkilatına qarşı mübarizə aparması böyük uğur sayıla bilər". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Ukrayna daxilində baş verən proseslərə və ABŞ-ın "İraqın Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatına qarşı əməliyyata qoşulmasına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, heç kimə sirr deyil ki, ABŞ dünyada güclü dövlətlərdən biridir: "Düşünürəm ki, İŞİD-ə qarşı dünya dövlətləri birgə mübarizə aparmalıdır. Çünki bu kimi terror təşkilatları dövlətlərin təhlükəsizliyinə təhdid yaradır. Əgər bu anlaşma olsa, ortada siyasi iradə də olur. Bu isə əməkdaşlığa əlverişli zəmin yaradır".

Ukrayna daxilində baş verən proseslərə gəlincə deyə bilərəm ki, bu tək rəsmi Moskva ilə bağlı deyil: "Ukraynadakı məsələlər həm də daxili proseslərdən irəli gəlir. Burada əsas odur ki, Ukraynanın daxilində siyasi qüvvələr ortaq məxrəcə gəlsinlər və yeganə mövqedən çıxış etsinlər. Təbii ki, bu da onlara qonşuları ilə xarici siyasət sahəsində daha konstruktiv münasibətlər qurmağa imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə