Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi

Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatından məhrum edilməsi məsələsinə baxıb. SİA-nın məlumatına görə, MSK IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verib.

Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Parlamentinin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə