Hikmət Babaoğlu: “Ermənistan müstəqil olmadığını sübut etdi” AÇIQLAMA
"Ümumilikdə Ermənistanın atdığı addım onu sübuta yetirir ki, işğalçı ölkə heç də müstəqil deyil". Bunu SİA-ya politoloq Hikmət Babaoğlu Ermənistanın Avrasiya İttifaqına qoşulması nəticəsində ölkədə yaranan qarşıdurmalara və iğtişaşlara münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfindən atılan bu addımlar sözün həqiqi mənasında forpost və quberniya səviyyəsində səlahiyyətləri olan bir subyektdir: "Ermənistanın vəziyyəti onsuzda iqtisadi baxımdan acınacaqlıdır. Belə olan təqdirdə onun İttifaq ölkələri ilə heç bir quru sərhədinə malik olmaması atdığı addımın səmərə verməyəcəyini sübuta yetirir. Məhz buna görə də işğalçı ölkənin bu addımları sırf siyasi manipulyasiyadan ibarət taktika idi. Bunu işğalçı ölkənin xalqı da çox gözəl görür və dərk edir. Bu mənada Ermənistanda baş verən proseslər hərbi xuntaya qarşı, eləcə də işğalçı ölkəni konfiliktə sürükləyən bir hərəkət idi. Hesab edirəm ki, Ermənistan kimi iqtisadi sabitliyi olmayan bir ölkədə bu kimi amillər sonda siyasi sabitliyin də pozulmasına gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB