Əli Əhmədov Azərbaycanda səfərdə olan Vyetnam nümayəndə heyətini qəbul edib

Əli Əhmədov Azərbaycanda səfərdə olan Vyetnam nümayəndə heyətini qəbul edib

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak edib. Görüşdə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, bu səfər dövlətlərimiz, xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək: "Ötən il Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı. Düşünürəm ki, imzalanan memorandum əməkdaşlıqda yeni səhifə açacaq".

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən vyetnamlı qonaq bildirib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər. Qonaq gələcəkdə ölkələr və partiyalar arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə