Müsavat Partiyasının başqanı Arif Hacılının "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində adıçəkilən siyasi təşkilatın qurultayında başqanlıq seçkilərinin və seçkili orqanlara keçirilən seçkilərin nəticələrini tanımayanların partiyadan uzaqlaşdıracağı mesajına elə həmin qəzetin baş redaktorunun müavini Azər Ayxan tərəfindən ilginc reaksiya verilib. SİA xəbər verir ki, Azər Ayxan "facebook" hesabında dolayısı ilə etirazçı tərəflərin Arif Hacılının adının istefaya göndərilənlər siyahısında yer aldığını yazıb.
"Yeni Müsavat" qəzetinin rəsmisi həmin siyahını "ölüm siyahısı" adlandırıb: "Arif Hacılı son müsahibəsində asilərin partiyadan qovulacağının anonsunu verib. "Ölüm siyahısı"nda kimlərin adları var?"
Qeyd edək ki, son günlər Arif Hacılı ilə onun başqanlığını qəbul etməyən tərəflər arasında sərt mübarizə gedir və tərəflərin bir-birlərinə qarşı kompromisə getmə ehtimalları müşahidə olunmur.
Rövşən Nurəddinoğou
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB