Siyavuş Novruzov: "İŞİD-ə qarşı müharibədə Azərbaycan Türkiyəni dəstəkləyəcək"

Siyavuş Novruzov: "İŞİD-ə qarşı müharibədə Azərbaycan Türkiyəni dəstəkləyəcək"

"İŞİD Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcək". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı təhlükəsizlik müqavilələri buna imkan verir: "Lakin Türkiyə hələ ki İŞİD-ə qarşı müharibəyə başlamayıb. Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var ki, Türkiyə İŞİD-ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər". (Publika)

Bütün xəbərlər Facebook səhifəmizdə