Litvanın müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək

Litvanın müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək

Oktyabrın 8-də Litvanın müdafiə naziri Yozas Olekas Azərbaycana rəsmi səfərə gələcək. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonağın Nazirlikdə görüşü planlaşdırılır.

Y. Olekasın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ilə tanışlığı da gözlənilir. Səfər oktyabrın 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə