Seymur Orucov: "Azərbaycan dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan stabil bir dövlət kimi tanınır" MÜSAHİBƏ

Seymur Orucov: "Azərbaycan dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan stabil bir dövlət kimi tanınır" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun SİA-ya müsahibəsi

- IV Bakı Beynəlxalq Humanitar forumun əhəmiyyəti və beynəlxalq ictimaiyyətin bu tədbirə olan yüksək marağı nə ilə bağlıdır?

- Ölkəmizdə Beynəlxalq Humanitar Forumun keçirilməsi artıq ənənənə halını alıb. Hər il Foruma 500-ə yaxın qonaq qatılır. Bu qonaqların statistikasına baxsaq görərik ki, onlar elmi dərəcəsi olan professorlar, Nobel mükafatçılarıdırlar. BMT-nin, İSESKO-nun, YUNESKO-nun ən mötəbər şəxsləri bu foruma qatılıb və ya təbriklərini göndərirlər. Bunlar hamısı onu deməyə əsas verir ki, Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan stabil bir dövlət kimi tanınır. Ölkəmizdə dövlət tərəfindən bu cür tədbirlərin keçirilməsinə dəstək göstərilir. Biz hansısa təhlükəsizlik və ya səhiyyə tədbiri keçirmirik. Biz bütün dünyaya humanitar çağırışlar edən böyük bir tədbirə ev sahibliyi edirik. Bunun da ən əsas səbəbi Ulu Öndər Heydər Əliyevin Azərbaycanı tolerant, sülhsevər, yardımsevər bir dövlət kimi dünyaya təqdim etməsidir. Ona görə də Azərbaycana dünya dövlətləri tərəfindən böyük maraq göstərilir. Hal-hazırda da Prezident İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan siyasəti uğurla davam etdirir.

- Siz də Forumun iştirakçılarından birisiniz. Bu forumda Dağlıq Qarabağın işğalı və bu ərazilərdə tarixi abidlərin ermənilər tərəfindən dağıdılması məsələsinin müzakirə olunması gözlənilirmi?

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın təmsil olunduğu bütün tədbirlərdə qabardılır. Azərbaycandan nümayandə heyəti hara gedirsə, onların qarşısında duran prioritet məsələ Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. Ötən gün IV Bakı Beynəlxalq Humanitar Forumda çıxış edən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycanın hal-hazırda Dağlıq Qarabağdan başqa problemi yoxdur.Bu məsələ həllini tapdıqdan sonra Azərbaycanda heç bir problem qalmayacaq.

- 1993-cü ilin oktyabrın 3-ü Ümummilli Lider Heydər Əliyevin Prezident seçildiyi bir gündür. Bu günlə Beynəlxalq Humanitar forumun keçirildiyi tarix arasında hansısa əlaqə ola bilər?

- Müasir, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyata keçirmiş olduğu islahatlar, quruculuq işləri nəticəsində qurulan bir dövlətdir. Əgər Azərbaycanda baş verən hərcmərclik zamanı Ulu Öndər hakimiyyətə gəlməsəydi, düşünün ölkəmizdə nələr baş verə bilərdi. Bu gün humanitar forumdan, Avropa oyunlarından, beynəlxalq tədbirlərə ev sahibliyindən danışırıq. Lakin o zamana nəzər yetirsək, görərik ki, Azərbaycan artıq yox olmaq dərəcəsində idi. Ulu Öndər bizə inkişaf etmiş müstəqil Azərbaycan bəxş etdi. Azərbaycanın ölkə başçısından başqa Lideri də var. Buna görə də Azərbaycan gün-gündən irəliyə doğru inkişaf edir, çiçəklənir, beynəlxalq tədbirlərin keçiriləcəyi bir məkanə çevrilir.

Bütün xəbərlər Facebook səhifəmizdə