Elman Məmmədov: “Azərbaycana zərər verə bilmək iqtidarında deyillər” MÜNASİBƏT

Elman Məmmədov: “Azərbaycana zərər verə bilmək iqtidarında deyillər” MÜNASİBƏT

"Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı çıxan Xədicə İsmayıl kimi insanları öz tədbirlərinə dəvət edən beynəlxalq təşkilatlar ölkəmizin inkişafını həzm edə bilməyənlərdir. Onların əsas məqsədi Azərbaycanın nüfuzuna xələl gətirmək, ölkədə sabitliyi pozmaqdan ibarətdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, bu cür beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli hesabatlar, qətnamələr hazırlamasına baxmayaraq Azərbaycan öz beynəlxalq nüfuzunu qoruyur: "Azərbaycan heç bir bloklara qoşulmamaq şərti ilə özünün müstəqil siyasətini yürüdərək dünyanın beynəlxalq layihələrində uğurla təmsil olunur. Ölkəmiz Avropanın enerji təhlükəsizlik layihələrində fəal iştirak edir, dünya iqtisadiyyatına töhfələr verir, öz daxili və xarici siyasətində stabilliyini qoruyur. Azərbaycanın bu cür inkişafını bəzi beynəlxalq qurumlar qəbul etmir və Azərbaycanın dövlətçilik əleyhinə çıxan adamlardan özlərinə tərəfdaş toplayırlar. Lakin bu məkirli əməlləri ilə ölkəmizə zərər verə bilmək iqtidarında deyillər. Sadəcə iç üzlərini açmış olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə