Müsavat Partiyası ətrafında qurultaydan sonra artan gərginliyə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn tərəfindən reaksiya verilib. SİA-nın məlumatına görə, bununla bağlı müxalifətyönlü saytların birinə müsahibə verən AXCP sədri etirazçı müsavatçılar olan – Qubad İbadoğlunun tərəfdarlarını, Tural Abbaslını dəstəkləyən müsavatçı gəncləri və digər etiraz edənləri sərt şəkildə tənbeh edib.
Pənah Hüseyn ortada olan faktlara rəğmən, qurultayın şəffaf keçdiyini iddia edib: "Seçkidən sonra böyük əksəriyyət seçkinin nəticələrini qəbul etdiyin elan etdi, o cümlədən əsas namizədlərdən biri olan Qubad İbadoğlu. Qurultayın birlik mesajları deyərkən mən bunu da nəzərdə tuturdum. Ona görə də bəzi tənqidlər də, bəzi emosional reaksiyalar da davam edir".
AXP sədri etirazçılara xitabən deyib ki, onlar qutultayın nəticələrini dramatikləşdirməməlidirlər: "Ədalətsizliklə bağlı deyilən bəzi açıqlamaları da o qədər dramatikləşdirmək lazım deyil".
Xatırladaq ki, Pənah Hüseyn daha çox Arif Hacılıya yaxınlığı olan şəxslərdən hesab olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB