MM Avropa Parlamentinin mövcud qətnaməsi ilə bəyanat qəbul edib
Milli Məclis Avropa Parlamentinin 18 sentyabr tarixli qətnaməsi ilə bağlı bəyanat qəbul edib. SİA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir.
Bəyanatda o da bildirilir ki, həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan İnternet şəbəkəsi mövcuddur. QHT-lərin fəlaiyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb.
Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Lakin bunlar sistemli xarakter almayıb.
Parlament bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirilib. Əgər bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığnın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB