“Hidrometeorologiya haqqında sazişin imzalanması mühüm addımdır"
"Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə toplantısı Xəzər dənizinin statusunun müəyyən edilməsində yeni mərhələnin əsasını qoyub". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavininin sözlərinə görə, bioloji resurslar haqqında saziş beş ölkənin hamısına bioloji resurslardan daha rasional istifadə etmək imkanı verəcək: "Sammitdə ikinci mühüm məqam fövqəladə vəziyyətlərdə əməkdaşlığa dair razılaşmaya nail olunmasıdır. Hidrometeorologiya haqqında sazişin imzalanması da mühüm addımdır".
Xələf Xələfovun sözlərinə görə, dövlət başçılarının bəyanatı Xəzər dənizinin statusu məsələsinin nizamlanması üzrə əsas prinsipləri müəyyən edib.
Qeyd edək ki, ötən gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə toplantısı keçirilib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB