“Azərbaycanla İran arasında mübahisəli məsələlər öz həllini tapacaq" AÇIQLAMA
"Azərbaycanla İran İslam Respublikası arasında birgə fəaliyyətlə, informasiya mübadiləsi, sərhədlərin insanlara və nəqliyyat vasitələrinə maneəsiz xidmət göstərməsi il bağlı danışıqlarımız olub". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Çox şadam ki, həmkarım İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Məsud Kərbasiyan köhnə vəzifəsinə qayıtdıqdan sonra ilk səfərini bizim dəvətimizi qəbul edərək Azərbaycana etdi. Bu gün həmakrımla uzun çəkən görüşdə praktiki olaraq bir sıra vacib məsələləri müzakirə etdik. Bunlardan ən önəmlisi yüklər və nəqliyyat vasitələri barəsində qabaqcadan informasiya mübadiləsini təmin etməkdir. Bu, gələcəkdə sərhəddə yüklər və nəqliyyat vasitələrinin maneəsiz və tez bir zamanda işləməsinə xidmət edəcək. İkinci məsələ isə qaçaqmalçılıq, narkotiklərin aşkar olunması və dövriyyədən çıxarılması istiqamətində birgə fəaliyyətlə bağlı idi. Üçüncüsü, hər həftənin cümə günü Naxçıvan MR-da İranla bağlı olan keçidlərin nəqliyyat vasitələri və yük avtomobilləri üçün işlənməsi ilə bağlı məsələni müzakirə etdik. Bu məsələ artıq İİR-nın gömrük idarəsi rəhbərinin göstərişi ilə həll olunmaq üzrədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB