Xədicə İsmayıl Müsavatın məlum qurultayına münasibət bildirib. SİA-nın xəbərinə görə, o, sosial şəbəkələrdə yazdığı statusda bildirib ki, Müsavatda kimin başqan olması onu maraqlandırmır.
"Meydan TV-nin Müsavatın qurultayından reportajına baxdım. Kabinədə iki nəfərin olması yaxşı hal deyil, əgər adam özü kömək istəməyibsə - oxuma problemi varsa, məsələn, bu köməyi istəyə bilər. Partiya sədrləri mühafizəçilərini jurnalistlə davranış təliminə göndərsələr, pis olmaz. Kameranı görüb panikaya düşməklə müsavatçılar özləri şübhə toxumu səpiblər. Problem hardadır? Doğrusu, məni Müsavatın qurultayı və kimin başqan olacağı çox az maraqlandırırdı" -deyə, Xədicə İsmayıl qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB