Musa Qasımlı: “Hərbi təlimlər hər iki tərəfin maraqlarına uyğundur” AÇIQLAMA

“Türkiyə-Azərbaycan hərbi təlimləri bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına yönəlmiş səylərin ilk addımları kimi qiymətləndirilə bilər”
Musa Qasımlı: “Hərbi təlimlər hər iki tərəfin maraqlarına uyğundur” AÇIQLAMA

"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına başqa hər hansı bir məna vermək lazım deyil". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Türkiyə-Azərbaycan hərbi təlimlərindən Ermənistanın və işğalçı dövlətin arxasında dayanan qüvvələrin narahat olmasından danışarkən deyib.

Parlament üzvünün sözlərinə görə, Bu təlimlər imzalanmış müqavilələr əsasında ikitərəfli formatda həyata keçirilir. Həmin təlimlər hər iki tərəfin maraqlarına uyğundur. Türkiyə-Azərbaycan hərbi təlimləri bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına yönəlmiş səylərin ilk addımları kimi qiymətləndirilə bilər".

Qeyd edək ki, sentyabrın 12-dən etibarən Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlərə start vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə