Mais Səfərli: “Müsavat "Milli Şura"nın dağılmasında maraqlıdır” AÇIQLAMA

Mais Səfərli: “Müsavat "Milli Şura"nın dağılmasında maraqlıdır” AÇIQLAMA

"Heç kimə sirr deyil ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər "Milli Şura"nı sevmir və bu qurumun fəaliyyət göstərməsini istəmir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun "Milli Şura"dan istefa verməsi ilə bağlı danışarkən deyib. Partiya sədri bildirib ki, Mirmahmud Mirəlioğlunun "Milli Şura"nı tərk etməsinin digər səbəbləri də var : "Düşünürəm ki, "Milli Şura" artıq cəmiyyətdə heç bir nüfuza malik deyil. Əgər əvvəllər xarici ölkələrdə Azərbaycanı istəməyən bəzi dairələr tərəfindən "Milli Şura"ya diqqət var idisə, hazırda bundan söhbət açmağa dəyməz. Artıq onların özləri də "Milli Şura"nı prespektivsiz, uğursuz və Azərbaycanın ictimai fikrində yeri olmayan qurum kimi qələmə verirlər. Düşünürəm ki, şuranın dağılmasında maraqlı olan qüvvəllərdən biri də Müsavat Partiyasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə