“Radikal müxalifət ideoloji yönümünə görə fərqli düşüncə daşıyıcısıdır" Partiya rəsmisi

“Radikal müxalifət ideoloji yönümünə görə fərqli düşüncə daşıyıcısıdır" Partiya rəsmisi

"Azərbaycanda radikal müxalifət heç vaxt bir yerdə fəaliyyət göstərməyib və bu mümkün də deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı radikal müxalifətin ayrı-ayrılıqda fəaliyyət göstərə bilməməsindən və birləşmə cəhdlərinin uğursuzluğa düçar olmasından danışarkən deyib.

Partiya rəsmisi vurğulayıb ki, radikal müxalifət ideoloji yönümünə görə də fərqli düşüncə daşıyıcısıdır: "Radikal müxalifətin bir araya gələ bilməməsində səriştəsiz rəhbərlərin də böyük rolu var. Eyni ideoloji düşüncənin daşıyıcıları olduqlarına görə, bu şəxslərin bir-birinə olan patoloji nifrəti bir yerdə fəaliyyət göstərmələrinə imkan vermir".

N.Orduxanlı əlavə edib ki, radikal müxalifətin birləşə bilməməsinin əsas səbəbi Əli Kərimli və İsa Qəmbərin bu siyasi düşərgəni uzun illər ərzində iflic vəziyyətə salmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə