Malayziya baş nazirinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn Malayziya baş naziri Mohammad Najib Tun Abdul Razakın rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Malayziya baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakı və xanımı Datin Paduka Seri Rosmah Mansoru qarşılayıblar. Malayziya baş nazirinin xanımına gül dəstəsi təqdim olunub. Fəxri qarovul dəstəsinin rəisi Malayziyanın Baş nazirinə raport verib. Malayziyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və baş nazir Mohammad Najib Tun Abdul Razak fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Malayziyanın baş naziri Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri baş nazir Mohammad Najib Tun Abdul Razaka, Malayziya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidentinin və Malayziya baş nazirinin qarşısından keçib. Azərbaycan prezidenti və Malayziya baş naziri rəsmi foto çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə