Avstriya xarici işlər nazirindən gülünc açıqlama

"Bu, bizim normal praktikamızdır"
Avstriya xarici işlər nazirindən gülünc açıqlama

Avstriya xarici işlər naziri Avropa dəyərlərinin nədən ibarət olduğunu açıqlayıb. SİA-nın məlumatına görə, Avstriyanın xarici işlər naziri Sebastian Kurts Bakıda keçirdiyi mətbuat konfransında ona ünvanlanan "Ermənistana səfəriniz zamanı diktator, müharibə cinayətkarı, azərbaycanlılara qarşı etnik təmizləmə prosesinə rəhbərlik edən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan, hərbi əməliyyatların gedişi zamanı mülki şəxslərin öldürülməsinə əmr verən, ifrat faşist ideologiyasına malik və hətta 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda 10-dan artıq dinc nümayişçinin öldürülməsini həyata keçirən Serj Sarkisyanla görüş keçirdiniz. Azərbaycanın 20 faiz torpaqlarının işğalı azmış kimi cinayətkar rejimin başında olan bu şəxs Azərbaycanın yaşayış massivlərini raket zərbəsi ilə hədələyir. Belə bir qatı cinayətkarla görüşmək Avropa dəyərlərinə nə dərəcədə uyğundur? Bu cür yanaşma onun törətdiyi müharibə cinayətlərinə göz yummaq deyilmi?" sualına qısa cavab verərək, ondan yayınıb və əslində bu cavab Avropanın reallıqlara yanaşmasını gözlər önünə sərib.

S.Kurts qısa cavabında bunları deyib: "Bu, bizim normal praktikamızdır və mən hər üç Cənubi Qafqaz ölkəsində - Ermənistan, Gürcüstan və Azərbaycanda prezidentlər, nazirlərlə görüşmüşəm".

Bütün xəbərlər Facebook səhifəmizdə