Azərbaycanla Avstriya arasında iqtisadi münasibətlər gün-gündən inkişaf edir, iki ölkənin qarşılıqlı olaraq şirkətləri fəaliyyət göstərir. SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın xarici işlər naziri Sebastian Kurtsla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüşdə ikitərəfli və regional məsələlər, Ukrayna hadisələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında müzakirələr aparılıb. İki ölkə arasında münasibətlərin yüksək olduğunu deyən S.Kurts bildirib ki, sfər zamanı bir sıra vacib məsələlər, o cümlədən regionun üzləşdiyi çağrışlar ətrafında müzakirələr aparıldı. Avstriyalı nazir ümid edirik ki, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə nail olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB