Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə