Aydın Hüseynov: “Ölkədə müxalifət var, ancaq bunu radikallara aid etmək doğru olmaz” MÜNASİBƏT

Aydın Hüseynov: “Ölkədə müxalifət var, ancaq bunu radikallara aid etmək doğru olmaz” MÜNASİBƏT

"Bu günlərdə Avropa Birliyi rəsmilərinin Azərbaycana səfərləri bir çox məqamları üzə çıxarmış oldu. Avropa Birliyinin (AB) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin siyasiləşmiş QHT-lərlə, "hüquq müdafiəçiləri" ilə, eləcə də radikal müxalifət adlandırılan düşərgəinin media mənsubları ilə bağlı qapılar arxasında görüş keçirməsi bir daha təsdiq edir ki, əslində Azərbaycan hakimiyyətindən şəffaflıq tələb edən avropalı diplomatların özləri bu amili kökündən pozmaqla məşğuldurlar". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov son zamanlar ənənəvi müxalifət təmsilçilərinin Qərb qarşısında yeni öhdəlikllər götürmələrinə münasibətini bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, artıq onlara müəyyən təlimatlar verilib və hazırda həmin təlimatları reallaşdırmaqdan ötrü radikallar onların bank hesablarına köçürüləcək qrantları gözləyirlər: "AB rəsmisi radikal təmayüllü fərdlərlə görüşündə də eiraf etdi ki, o onların fəaliyyətinə "heyran" olub və yaxın zamanlarda 3 milyon avro vəsaiti radikallara göndərəcək. Məgər bütün bunlar Avropa demokratiyasının nə qədər "şəffaf" olduğunu göstərmirmi? Nəyə görə həmin QHT-lər əldə edəcəkləri maliyyəni hansı istiqamətə xərcləyəcəklərini cəmiyyətdən, ictimai rəydən gizlədirlər? Əgər həqiqətən də şəffafdırlarsa, Azərbaycanın dövlətçilik maraqlarına qarşı zidd addımlar atmırlarsa, bu zaman buyurub desinlər ki, əldə etdikləri vəsaitləri hara xərcləyirlər".

Aydın Hüseynov onu da bildirib ki, bu gün ölkədə normal müxalifət var, ancaq bunu radikal təmayüllü siyasi baxışı olanlara aid etmək olmaz: "Ölkədə müxalifət var, ancaq bunu radikallara aid etmək doğru olmazdı. Çünki radikallar siyasi məsələlər pərdəsi arxasında müxalifətçiliklə deyil, xalqa, dövlətə, Vətənə, millətə xəyanətlə məşğuldurlar. Baxın, orada olan bütün partiyalar Leyla və Arif Yunusların müdafiəsinə qalxıblar, digər vergidən yayınanları, qanunvericilikyi pozanları "xalq qəhrəmanı" elan edirlər. Üstəlik onlara "siyasi məhbus" donunu da geyindirirlər. Demək belə çıxır ki, Leyla və Arif Yunuslar, onların toruna düşən Rauf Mirqədirov erməni kəşfiyyatına işləyərkən dorğu iş görüblər? Əlbəttə ki, bütün bu kimi iddialar absurddur. Sual edirəm, əgər Ştefan Füle öz ölkəsinin marağını satan istənilən vətəndaşına qəhrəman gözü ilə baxa bilərmi? Əlbəttə ki, xeyr. O, dərhal ölkəsinin milli-dvlətçilik maraqlarının müdafiəsinə qalxar. Ancaq təəssüf ki, belə avropalı diplomatlar Azərbaycana təşrif buyuranda tamamilə başqa istiqamətdə fəaliyyət göstərir, bununla da Qərbin, Avropanın demokratiya dəyərlərini ayaq altına atmış olurlar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə